Bu il açıq məkanda ən çox elektronika məhsulları reklam edilib.
Bu barədə FED.az-a Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, açıq məkanda xidmət sahələrinin reklamı sonuncu yerdədir.
2022-ci ilin 9 ayı ərzində ADRA-ya icazə üçün təqdim olunan reklamların iqtisadiyyat sahələrinə uyğun məzmun bölgüsündə 1-ci yerdə elektronika məhsulları, 2-ci yerdə geyim və aksesuarlar, 3-cü yerdə isə gündəlik tələbat mallarının reklamı qərarlaşıb.
Mebel və təhsillə bağlı reklamlar isə son beşlikdədr. Məzmun bölgüsündəki sıralamanı diqqətinizə çatdırırıq.