Hazırda "Videomüşahidə dünyasındakı yeniliklər bizə nə qazanc vəd edir?” adlı möhtəşəm seminar davam edir.
FED.az xəbər verir ki, "Araznet" MMC-nin təşkilatçılığı ilə keçirilən tədbirə 400-dən çox iştirakçı qatılıb.
Tədbiri giriş nitqi ilə açıq elan edən "Araznet" MMC-nin rəhbəri Surxay Ələkbərov videomüşahidə dünyasındakı yeniliklər barədə danışaraq bu yeniliklərin bizə xüsusilə qazanc vəd etdiyini bildirib:
“Bu yeniliklər bizə yalnız qazanc vəd edir. Bu gün də məhz bununla bağlı müzakirələr aparılacaq”.
Qeyd edək ki, tədbir saat 10:00-dan başlayıb və Avropa Azərbaycan Məktəbində keçirilir.