2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt” MMC 123 min 628 ədəd ödəniş kartı emissiya edib.
Azərbaycanda yanvarda bank kartlarının sayı 67 min ədəd artıb
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 0,9 % azdır.
Hazırda quruma məxsus aktiv ödəniş kartlarının ümumi sayı 286 min 127 ədəddir.
“Azərpoçt” şəbəkəsində nağdlaşdırma üçün 176 ədəd POS-terminal, poçt şöbələrində xidmətin dəyərinin nağdsız qəbulu üçün 486 ədəd POS-terminal, “SmartPay” səyyar ödənişi qəbulu üçün 49 ədəd POS-terminal, ticarət obyektlərində quraşdırılmış 251 ədəd POS-terminal istifadəyə verilib.
Bundan başqa, “Azərpoçt”un Bakı və regionlar üzrə 74 ədəd bankomatı, 19 ədəd isə “SmartPay” terminalı quraşdırılıb. (Report)