Azərbaycanın mobil rabitə operatoru “Azercell Telecom” tərəfindən təqdim edilən “Paycell” xidməti çərçivəsində 1 ay müddətinə xidmət haqqı tutulmayacaq.
Eləcə də bax: «Azercell» borcların ödəmə - MÜDDƏTINI UZADIB
FED.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq qeyd olunan xidmət üzrə 10 aprel 2020-ci il tarixindən 9 may 2020-ci il tarixinədək olan dövr ərzində xidmət haqqı tutulmayacaq.
Xatırladaq ki, “Paycell” xidməti abonentlərə öz balansından istənilən "Azercell" fakturasız xətt nömrəsinə vəsait köçürməyə imkan verir.