Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkəti dahi Nəsimini xarici oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə şairin qəzəllərini üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənməsinə təşəbbüs göstərib.
Eləcə də bax: “Azercell” günlük internet paketini - LƏĞV EDİR
Şirkətdən FED.az-a verilən məlumata görə, məşhur mütəfəkkir-şairin 650 illik yubileyini qeyd etmək üçün ölkənin nüfuzlu diplomatik və biznes strukturları, incəsənət xadimləri “Azercell”in təşkil etdiyi “İki Cahan” tədbirində bir araya toplaşıb.