Azercell mobil operatoru digər abunəçilərin balansını artırmaq üçün "Paycell" xidmətini karantin rejimi bitənədək ödənişsiz edib.
Eləcə də bax: “Azercell” “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini – PULSUZ EDİB
FED.az xəbər verir ki, "Paycell" xidməti vasitəsi ilə istənilən Simsim abunəçisinin balansına xidmət haqqı olmadan 20 qəp., 50 qəp. və 1 manat məbləğində köçürmə etmək mümkündür. Karantin rejimi ilə bağlı, 10 aprel 2020-ci il tarixindən “Paycell” xidmətindən istifadə zamanı göndərilən sorğulara görə müvəqqəti xidmət haqqı tutulmayacaq.
Bunun üçün istədiyiniz SimSim abunəçisinin nömrəsini (operator kodu ilə) yazıb, Paycell qısa nömrələrinin birinə göndərmək lazımdır. Paycell xidmətindən gün ərzində yalnız 10 dəfə istifadə etmək olar. Paycell nömrələrinə göndərilən SMS formatı səhv olduqda və 10 dəfəlik günlük limit bitdiyində göndərilən paylar balansa geri qaytarılacaq, istək mesajının haqqı isə balansdan silinəcək.
Qeyd edək ki, tezliklə 2 və 5 manatlıq köçürmə imkanı da təqdim ediləcək.