Azərbaycanda fəaliyyət göstərən "PolyDream" oyun studiyası 4 milyon dollar dəyərləndirmə ilə 200 min dollar investisiya alıb.
Eləcə də bax: Türkiyəli sahibkar Ali Emre Erişen “Apti”sini Azərbaycana - GƏTİRİR
FED.az biznes və maliyyə xəbərləri portalı Tech.az-a istinadən xəbər verir ki, bunu studiyanın rəhbəri Fariz Bədəlzadə bildirib.
Onun sözlərinə görə, 200 min dollar yerli investordan oyunlardan əldə ediləcək gəlirin 5%-i qarşılığında cəlb edilib.
"200 min dollar oyun sənayesi üçün çox böyük vəsait deyil. Yenə bizim inkişafımızda böyük rol oynacağını və gələcəkdə xarici investorladan sərmayə cəlb etməyimizə kömək edəcəyinə inanırıq", - Fariz Bədəlzadə deyib.
Xeyli müddətdir fəaliyyət göstərən komanda 2022-ci ilin İyun ayından "PolyDream" adı altında fəaliyyət göstərir. İyunda 6 nəfər olan komandanın sayı hazırda 11 nəfərə çatıb. "PolyDream" komandası yeni VR oyunu üzərində çalışır.
"PolyDream" qlobal oyun bazarında adını yazdırmağı hədəfləyir.