Bu ilin yanvar ayının 1-nə Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı 5 230,1 min nəfər təşkil edib.
Eləcə də bax: Azərbaycanda "Facebook" istifadəçilərinin sayı - 5,2 MİLYONU KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 25% və ya 1 045,1 mln. nəfər çoxdur.
Hazırda ölkə əhalisinin 50,9%-i bu sosial şəbəkənin istifadəçisidir. İstifadəçilərin 64,7% kişilər, 35,3%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973,7 min) ibarət olub.
Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626,3 min nəfərlə liderlik edir.