Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi 1602.3 mln. manatlıq xidmətlərin 73.6%-i əhali sektoruna aid olub.
Eləcə də bax: Azərbaycanda informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlər - Açıqlanıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsində məlumat verilib.
Məlumata görə, hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 2.7% artıb. Bu sahədə əldə edilmiş gəlirin 80.5 faizi qeyri-dövlət sektorunun payına düşüb.