Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktur layihələrinə sərmayə yatırmağa davam edir.
«Azercell» Qarabağdakı baza stansiyalarının sayını – KƏSKİN ARTIRACAQ
FED.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən GSMA M360 EURASIA 2023 beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, vəziyyəti həll etmək üçün lazımi infrastruktur və kibertəhlükəsizlik təmin edilməli, kadrlar inkişaf etdirilməlidir.
"Biz ölkə olaraq bu problemə kifayət qədər ciddi yanaşır və lazımi işlər görürük. 2024-cü ilin sonuna kimi bütün ev təsərrüfatlarını internetlə təmin etməyi planlaşdırırıq. Bu baxımdan infrastrukturun inkişafı işimizin vacib hissəsidir", - R. Nəbiyev deyib.
Nazir kibertəhlükəsizlik və rəqəmsal inkişaf məsələlərinin Azərbaycan hökumətinin gündəliyində olduğunu vurğulayıb.
R.Nəbiyev Bakıda bu tədbirin keçirilməsinin vacibliyini vurğulayıb: "COVID-19 ilə əlaqədar olaraq müxtəlif coğrafi seqmentlər arasında aydın uçurum meydana gəlib. Bu baxımdan sözügedən tədbir vacib əhəmiyyətə malikdir, çünki mövzusu çoxlarının can atdığı səyləri əks etdirir. Bu, təkcə bizim regionda deyil, bütün dünyada daha dayanıqlı cəmiyyətin qurulması baxımından çox əhəmiyyətlidir”. (Report)