2020-ci il ərzində Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 933,2 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycanın mobil rabitə sektorunun gəlirləri - 3% Artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat ilində ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 2019-cu il ilə müqayisədə 2,3% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,7%-ni təşkil edib.
"2020-ci ildə informasiya və rabitə müəssisələri tərəfindən 2 235,9 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 74,2%-i əhali tərəfindən istehlak olunub. 2019-cu il ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 0,6% artıb", - deyə komitədən bildirilib.(Apa)