Anthropic şirkəti dəyərinin 380 milyard dollara çatdığını açıqlayaraq rəqibi OpenAI və SpaceX ilə dünyanın ən dəyərli şirkətləri arasında yerini möhkəmləndirib.
İlon Mask: Robotlar cərrahlarından daha peşəkar olacaqlar, ənənəvi tibb təhsil əhəmiyyətini itirəcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Claude adlı çat-botun tərtibatçısı olan Anthropic cümə axşamı yaydığı açıqlamada, son maliyyələşmə raundunda 30 milyard dollar topladıqdan sonra şirkətin dəyərinin artdığını bildirib. İnvestisiya raunduna Sinqapurun dövlət fondu GIC və ABŞ-ın investisiya şirkəti Coatue liderlik edib; çoxsaylı iri investorlar da prosesə qoşulub.
Maliyyələşmənin bir hissəsinə Nvidia və Microsoft-un noyabr ayında öhdəlik götürdüyü 15 milyard dollarlıq investisiya paketi də daxildir. Bu razılaşma çərçivəsində Anthropic-in Claude kimi süni intellekt sistemlərini inkişaf etdirmək və işlətmək üçün Microsoft-dan təxminən 30 milyard dollarlıq hesablama gücü alması planlaşdırılır. Şirkət həmçinin bulud provayderləri Amazon və Google tərəfindən də güclü şəkildə dəstəklənir.
Anthropic-in maliyyə direktoru Krishna Rao bildirib ki, yeni investisiyalar korporativ səviyyəli məhsulların və süni intellekt modellərinin hazırlanması üçün istifadə olunacaq.
Renaissance Capital-ə görə, Anthropic ən dəyərli özəl şirkətlər arasında üçüncü yerdə qərarlaşıb.
İnvestorlar bu üç şirkətin Wall Street-də ilkin kütləvi təklif (IPO) edib-etməyəcəyini yaxından izləyirlər. IPO potensialını araşdıran Renaissance Capital-dən Angelo Bochanis bildirib ki, bu üç şirkət bu il birjaya çıxa biləcək ən böyük adlardır. (Marja)










