Azərbaycanın MMA döyüşçüsü, Ataman ləqəbi ilə tanınan Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.
FED.az xəbər verir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC turnirinin əsas görüşündə braziliyalı, UFC üzrə keçmiş dünya çempionu Rafael dus Anyusla üz-üzə gəlib.
R.Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini yandan çənəyə zərbəsi ilə nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.
Ümumiyyətlə Rafael Fiziyev UFC-də indiyədək 13 görüş keçirib, onun 12-də qələbə qazanıb, 1-də məğlub olub. İdmançı 6 oyundur ki, qələbələrlə davam edir.
Dos Anyus isə karfyerasında 14-cü dəfə uduzub.
Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.