“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı davam edir.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Qarabağ” FK və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün saat 11:00-da satışa çıxarılıb.
2 saat ərzində 25 min bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.
Qeyd edək ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Qeyd edək ki, “Qarabağ” - “Qalatasaray” matçı martın 26-sı saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.