ABŞ-ni təmsil edən yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda suyun gəlməməsinə görə qaldığı hoteldən şikayətlənib.
FED.az xəbər verir ki, o bu barədə öz tviter hesabında paylaşım edib.
O paylaşımında bunları qeyd edib.
“Artıq dünya kuboku üçün Bakıydayam. Lakin qaldığım otelin hamam otağında vaxtında su gəlmir. Yaxşı bir başlanğıcdır”.
İdmançı otelin adını qeyd etməsə də, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yaponiyalı şahmatçı “Baku Marriott Boulevard”da qalır.
Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.