Bu gün Bakı 2017 İslam Həmrəyliyi Oyunları, 12 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasiminin təşkili üçün Azərbaycanın 15 bölgəsinə səfərdən öncə 5 aprel tarixində Dağ Salnamə Muzeyində start verilən Xəzərdən başlayan səyahət marşrutunu elan etdi.
FED.az xəbər verir ki, İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik simvolu olan Su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur. Layihə çərçivəsində Azərbaycanın su bölgələrini təmsil edən 16 uşağın hər biri, Bakı 2017 Su Səhəngi ilə Xəzər dənizindən su götürəcək və öz döğma şəhər və evlərinə aparacaqlar. Bununla, Bakı 2017 IV İslam Həmrəyliyi oyunları Xəzər gözəlliyindən, sevgisindən və paklığından hər evə bir pay verəcək.
37 gün ərzində 3,000 km-dən artıq bir məsafənin qət olunacağı səyahət turu, Xəzər dənizindən başlayaraq, Azərbaycan ərazisində mövcud olan 15 su yerlərində keçiriləcək. Səyahət zamanı bu yerlərdən toplanan su 12 may tarixində baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.
Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq. Xəzər dənizinin suyu ilə doldurulmuş Bakı 2017 səhəngləri nümayişi zamanı, tədbirə pulsuz şəkildə təşrif buyuracaq hər bir vətəndaş, Azərbaycan musiqisindən, rəqslərindən zövq alıb, su effektlərinin yaratdığı gözəlliyi, eyni zamanda aətşfəşanlığı izləmək imkanı qazanacaq.
Başlanğıcını Xəzər dənizindən götürərək, bütün Azərbaycanı əhatə edəcək marşurutun önəmindən bəhs edən təşkilat komitəsi, ölkəmizin tarixini, mədəniyyətini, adət və ənənələrini nümayiş etdirmək üçün bu layihənin əvəzsiz rol oynadığını bildirib.
Qeyd olunub ki, may ayının 12-22 tarixlərində ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunlarına təşrif buyuracaq hər bir ölkə nümayəndəsi Azərbaycandan ən xoş xatirələr ilə ayrılacaq. Təşkilat Komitəsi bildirib ki, xalqımızın qonaqpərvərliyi, tarixi və mədəniyyətinə olan sevgisi hər kəsə yaxşı bəllidir. Məhz oyunlar öncəsi regionlarımızı əhatə edəcək səyahət, onların özəlliklərini, adətlərini, tarixini, bir sözlə, Azərbaycan gözəlliklərini bütün dünyaya nümayiş etdirəcək.
Qeyd edək ki, Azərbaycan dəmirdöymə sənətinin incisi Bakı 2017 Su Səhəngləri, 3 ölçüdə hamar və döymə misdən hazırlanmışdır və ənənəvi islam dünyası səhənglərinin dizaynını özündə təcəssüm etdirir.
Xəzərdən başlayan səyahət aşağıdakı məkanlarda keçiriləcək: 5 aprel- Bakı; 7 aprel-Naxçıvan; 9 aprel-Astara; 11 aprel-Şirvan; 13 aprel-Sabirabad; 15 aprel-Ağcabədi; 17 aprel-Horadiz (Fizuli); 19 aprel-Gəncə; 21 aprel-Şəmkir; 23 aprel-Mingəçevir; 25 aprel-Qax; 27 aprel-Qəbələ; 29 aprel-Qusar; 1 may-Quba; 3 may-Qaradağ; 5 may-Sumqayıt.
İslamiadada Xəzərdən başlayan səyahətin marşrutu açıqlanıb
16:37
14 Mart 2017