Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmaması məsələsinə görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib.
Rəqabəti məhdudlaşdırmağın cəzaları müəyyən olunur - 12 İLƏDƏK HƏBS
FED.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.
Onun sözlərinə görə, hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır:
"Bank sistemi nə qədər bu cür şərtlər və faizlərlə çalışır, əmlak, girov təminatı olmadan xüsusilə istehlak krediti verəcək, problemlər həll edilməyəcək. Bu baxımdan, 340 minə yaxın yerinə yetirilməyən məhkəmə qərarı məhz bu sahə ilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməliydi". (Report)