Azərbaycanda məhkəmə qərarlarının icrası, ümumiyyətlə icra sənədləri əsasında əmlakın qiymətləndirilməsi sahəsində olduqca mühüm yenilik baş verib.
Bakının 6 rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək
FED.az xəbər verir ki, Nazirlər Kabineti “İcra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.
Məlumat üçün bildirək ki, ölkədə əmlakı yalnız alıb-satanda və girov qoyanda qiymətləndirmirlər. Məhkəmə işləri, borcların qaytarılması, öhdəliklərin icrası, əmlakın bölünməsi və sair proseslərdə də əmlak məcburi olaraq qiymətləndirilir. Amma bu hallarda işin biznes tərəfi fərqli olur – belə ki, qiymətləndirmə prosesinin pulunu adətən cavabdeh tərəf (məsələn borcu olan şəxs) ödəməli olsa da, qiymətləndiricinin seçimi, ixra xidmətinin əməkdaşından və ya məhkəmədən asılıdır.
Bu da son illərə qədər bəzi neqativ hallara səbəb olurdu – yəni belə böyük sifarişlərin verilməsi və qiymətləndiricilərin seçimi prosesi qeyri-şəffaf aparılır, qiymətləndirmə xərcləri və göstərilən xidmətin dəyəri də tənzimlənmirdi.
İndi isə bu prosesə qismən də olsa son qoyulur. Nazirlər Kabinetinin sözügedən qərarı ilə “İcra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddi” təsdiqlənib, yəni bu xərclərə limit qoyulub.
Yeni qərar «Qiymətləndirmə fəaliyyəti haqqında» yeni qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2023-cü il 30 dekabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib. Yəni bu qərar son illər qiymətləndirmə sahəsində aparılan islahatların bir hissəsidir.
Beləliklə yeni qərara əsasən icra sənədləri əsasında iş aparılarkən tələbin dəyəri 20 min manata qədər olduqda qiymətləndirmə sahəsinə yalnız 150 manat ödəniş edilə bilər.
Tələbin dəyəri 20 min manatdan 100 min manatadək olduqda qiymətləndiriciyə 150 manat + 120 min manatdan artıq olan məbləğin 0,2%,
Tələbin dəyəri 100 000 manatdan 1000 000 manatadək olduqda qiymətləndiriciyə 310 manat + 100 000 manatdan yuxarı olan dəyərin 0,1 faizi
Tələbin dəyəri 1 000 000 manatdan çox olduqda isə qiymətləndiriciyə 1 210 manat + 1 000 000 manatdan yuxarı olan dəyərin 0,05 faizi ödənilməlidir.
Nazirlər Kabineti bir iş üzrə qiymətləndiriciyə ödənilən məbləğin həcminə də limit qoyub. Qərara əsasən icra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının məbləği 6 000 manatdan artıq olmamalıdır.