Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.