Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı cinayət işi açılıb.
Rüşvət alıb "hərbi xidmətə yararsızdır" yazdırdı - HƏBS EDİLDİ
FED.az xəbər verir ki, Yusif Niftəliyev və Elməddin Abutalıbov barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ititham elan olunub.
Y.Niftəliyev “Starexpress” şirkətində direktor, həmçinin “Nbroker” şirkətində təsisçi və direktoru vəzifəsindədir. E.Abutalıbov isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin baş inspektorudur.
Məlumata əsasən, onlar əlbir olaraq, bir neçə şəxsi rəsmi təsdiqlənmədiyi halda şirkətdə işləyirmiş kimi qeydiyyata alaraq, işləmədikləri halda adlarına əmək kitabçası açıblar. Sonra isə həmin 5 nəfərin adına banklardan birindən ümumilikdə 28 min 185 manat kredit götürüblər. İstintaq dövründə banka dəyən ziyandan 5443 manat ödənilib.
Hazırda hər iki şəxs barəsində məhkəmə istintaqı davam edir. Onların barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. (Oxu.az)
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir.
“FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir.
Ünvan: Bakı, Füzuli küç. 37
Park View Biznes Mərkəzi, V mərtəbə
Telefon: +994 (12) 525 90 09
E-mail: [email protected]
https://turanlegal.az/az/