Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Akif Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Eləcə də bax: “Araz Kursları” - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az “report”a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası martın 10-na təyin edilib.
Qeyd edək ki, Məmmədov Akif İlman oğlu “Paşa Bank” ASC-yə qarşı külli miqdarda (50 min manatdan artıq) dələduzluqda təqsirləndirlir.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.