Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxt sakini olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən Gədəbəy rayon sakini O.Hüseynov saxlanılıb.
Eləcə də bax: Bakıda və Gəncədə bank hesablarından oğurluq edən şəxslər - SAXLANILIB
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.