Azərbaycan Mərkəzi Bankının 2016-cı ildə lisenziyasını ləğv etdiyi “Gəncə Bank” ASC-nin İdarə Heyətinin keçmiş sədri Pərvanə Novruzova məhkəməyə verilib.
Eləcə də bax: Mərkəzi Bank Bakıdakı butiklərin sahibini - Cərimələyir
FED.az xəbər verir ki, onu “Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (İmişli Şəkər Zavodu) məhkəməyə verib.
İddiaya səbəb alqı-satqı mübahisəsindən irəli gələn öhdəliklər üzrə mübahisələrdir. İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Fərrux Qasımovdur. (Renkinq)