«Azərbaycan Metanol» şirkəti iki dövlət qurumunu məhkəməyə verib.
FED.az xəbər verir ki, sözügedən şirkət Dövlət Neft Şirkətini – SOCAR-ı və dövlətə məxsus "Aqrarkredit" BOKTa qarşı iddia qaldırıb.
Eləcə də bax: İqtisadi mübahisələr üzrə məhkəmələr – FASİLƏSİZ VİDEOYA ÇƏKİLİR
Bakı şəhəri 1 saylı İnzibati İqtisadi məhkəməsində baxılan iddianın detalları açıqlanmır.
Qeyd edək ki, «Azərbaycan Metanol» şirkəti bir neçə il əvvəl yaradılmış Metanol Zavodunun mülkiyyətçisi idi. Amma Beynəlxalq Bankdan aldığı kreditləri qaytara bilmədiyinə görə, şirətin mülkiyyəti problemli aktv kimi, əvvəlcə Aqrar kredit təşkilatına, daha sonra isə SOCAR-ın tərkibinə verilib.
İşə hakim Aytən Oruczadənin sədrliyi ilə baxılır.