Azərbaycanda iqtisadi mübahisələr üzrə məhkəmə prosesləri fasiləsiz video-audio yazılır.
Bu barədə FED.az-a Ədliyyə nazirliyindən bildirilib.
Eləcə də bax: Bakıda həyətlərdə kameralar quraşdırılacaq - PREZİDENTDƏN TAPŞIRIQ
Nazirlikdən bildirilib ki, son aylar məhkəmə hakimlərinin iş yükünün azaldılması üsün kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru tətbiq edilib. İqtisadi mübahisələr üzrə icraatın yalnız elektron qaydada – “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması təmin edilib. Eləcə də həmin işlər üzrə məhkəmə prosesləri fasiləsiz audio-video qeydə alınır.
Mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə həll edilir. İcra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri isə icra məmurlarına verilib.