Respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 137 mln. 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 77.6%-inin, yəni 106 mln. 572 min manat hissəsinin ödənilməsinə nail olunub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq bildirir.
Bildirilir ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 mln. 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87.5%-inin, yəni 54 mln. 405 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 1 mln. 618 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.