Ümumilikdə şəhərin prokurorluq orqanlarının icraatında olan 381 işdən 171-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 9236 cinayət işindən 3498-nin istintaqı tamamlanıb.
Eləcə də bax: Azərbaycanda keçmiş nazirin - MƏHKƏMƏSİ BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
Onlardan polis orqanları tərəfindən 2897, prokurorluq orqanları tərəfindən 97 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə fiziki və hüquqi şəxslərə vurulmuş 19.855.211 manat məbləğdə maddi ziyandan 64,6 %, yəni 12.820.852 manat hissəsinin ödənilməsinə nail olunub. (Report)