2023-cü ilin yanvar-avqust aylarında Şirinov Elvin Valeh oğlu 78,1 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, Şirinov Elvin Valeh oğlu qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 1-cu yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 53,5 milyon dollar 3,2 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində Şirinov Elvin Valeh oğlu 24,6 milyon dollar dəyərində məhsul ixrac edib.