2023-cü ilin yanvar-avqust aylarında "Azəralüminium" MMC 86,3 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən"Azəralüminium" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 4-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 12,6 milyon dollar və ya 12,7% azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Azəralüminium" MMC 98,9 milyon dollar dəyərində məhsul ixrac edib.