2023-cü ilin yanvar-avqust aylarında "Socar Polymer" MMC-nin 207,3 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Socar Polymer" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 3-cü pillədə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 81,6 milyon dollar və ya 64,9% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Socar Polymer" MMC 125,7 milyon dollar dəyərində məhsul ixrac edib.