2023-cü ilin yanvar-avqust aylarında "Azərenerji" ATSC-nin 314,4 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Azərenerji" ATSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 1-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 278,7 milyon dollar və ya 8,8 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 7 ayı ərzində "Azərenerji" ATSC-nin 35,7 milyon dollar dəyərində məhsul ixrac edib.