2023-cü ilin yanvar-avqust aylarında "Azəripək" MMC 1,1 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Azəripək" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 9-cu yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 0,2 milyon dollar 15,4% azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Azəripək" MMC 1,3 milyon dollar dəyərində məhsul ixrac edib.