2023-cü ilin yanvar-avqust aylarında "Azərbaycan Hava Yolları" QSC 16,5 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Azərbaycan Hava Yolları" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 7-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 11,7 milyon dollar 3,4 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Azərbaycan Hava Yolları" QSC 4,8 milyon dollar dəyərində məhsul ixrac edib.