Azərbaycanın milli aviaşirkəti olan Azərbaycan Hava Yollarının (AZAL) 2024-cü ildə gəlirləri və mənfəəti kəskin artıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə AZAL-ın gəlirləri 520 milyon manat və ya 33% artaraq ilk dəfə 2 milyard manatı keçib. Bunun 1 milyard 954 milyon manatı daşımalardan və sair xidmətlərdən, 18 milyon manatı əməliyyat icarəsindən, 22 milyon manatı isə dövlət subsidiyalarından, 24,2 milyon manat isə sair gəlirlərdən daxil olaraq - 2 milyard 19 milyon manat olub.
«AZAL» dövlət bankında 50 milyon manat – DEPOZİT YERLƏŞDİRİB
2024-cü ildə AZAL-ın sırf sərnişin daşımadan gəlirləri ilk dəfə olaraq 1 milyard manatı keçib. Belə ki, ötən il AZAL-ın sərnişin daşımalarından gəlirləri 1 milyard 92 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 367 milyon manat və ya 50% artıqdır. Müqayisə üçün bildirək ki, 2023-cü ildə AZAL-ın sərnişin daşıma gəlirləri cəmi 725 milyon manat idi.
Əməliyyat icarəsi gəlirləri 3 dəfə, sair gəlirlər isə 4,4 dəfə artıb.
2024-cü ildə AZAL-ın xərcləri də kəskin artıraq 1 milyard 698 milyon manata yüksəlib. Bu 2023-cü illə müqayisədə 511 milyon manat və ya 42% artıqdır.
«AZAL» dövlət bankında 50 milyon manat – DEPOZİT YERLƏŞDİRİB
Ötən il AZAL-ın əsas xərcləri ənənəvi olaraq sair əməliyyat gəlirləri olub- 624 milyon manat. Bu xərclər əvvəlki illə müqayisədə 175 milyon manat və ya 39% yüksəlib.
2024-cü ildə AZAL yanacağa 456 milyon manat, işçilərə maaş olaraq 250 milyon manat, amortizasiya xərclərinə 206 milyon manat, təyyarələrə və digər əsas vəsaitlərə xidmətlər üçün isə 153 milyon manat sərf edib.
Əvvəlki illə müqayisədə AZAL-ın yanacaq xərcləri 124 milyon manat artıb ki, bu da qurumun əsas biznesi olan uçuşların intensivliyinin yüksəlməsinin göstəricisidir.
İşçilərə ödənilən əmək haqları ötən il 78 milyon manat, təyyarələrə texniki xidmət xərcləri isə 2 dəfə artıb.
Nəticədə AZAL şirkəti 2024-cü ili 321 milyon manat əməliyat mənfəəti ilə tamamlayıb. 2023-cü ildə bu rəqəmi 314 milyon manat idi.
2024-cü ildə AZAL-ın maliyyə gəlirləri 3 dəfə artaraq 9,5 milyon manat a yüksəlib, maliyyə xərcləri isə 4 dəfə azalaraq 2023-cü ildəki 161 milyon manatdan 40 milyon manata enib.
Məzənnə fərqi üzrə zərər isə 3 dəfə azalaraq 11 milyondan 3 milyona enib.
Nəticədə şirkət 2024-cü ili 287 milyon manat vergidən əvvəlki mənfəətlə tamamlayıb, 2023-də bu rəqəm 145 milyon manat, yəni 2 dəfə aşağı idi.
AZAL bu məbləğin 70 milyon manatını mənfəət vergisi kimi dövlət büdcəsinə ödəyəndən sonra 2024-cü ili 216 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu AZAL-ın 2023-cü ildəki göstəricisindən 100 milyon manat artaq olması ilə yanaşı, həm də indiyədək əldə etdiyi ən byöük mənfətdir.
2024-cü ildə AZAL-ın aktivləri 300 milyon manat artaraq 2,6 milyard manatdan 2,93 milyard manata yüksəlib. Bunun yarıdan çoxu – 1,55 milyard manatı təyyarələr və sair əsas vəsaitlərdir. Daha 354 milyon manatlıq aktivlər isə AZAL-ın icarəyə götürdüyü və istifadə hüququ olan əmlaklardır.
2024-cü ildə AZAL-ın kapital göstəricilərində də ciddi dəyişikliklər baş verib.
Xatırladaq ki, 2023-cü ilin sonunda AZAL-a əvvəldən yatırılmış nizamnamə kapitalı 824 milyon manat idi. Dövlət tərəfindən isə kapitalın artırılması üçün əlavə 271 milyon manat yatırılmışdı (yəni ümumilikdə 995 milyon manat). Amma şirkətin indiyədək yığılmış zərəri 1 milyard 582 milyon manat olduğuna görə, AZAL-ın kapitalı 486 milyon manat mənfiyə düşmüşdü.
2024-cü ildə isə bu saphədə vəziyyət kökündən dəyişib. Əvvəla, AZAL-ın kapitalının artırılması üçün şirkətə 2,3 milyard manat yatırılıb. Digər tərəfdən, şirkətin biznes fəaliyyətinin nəticələri özünü kapital rəqəmlərində də göstərməyə başlayıb. Belə ki, ili 216 milyon manat xalis mənfəətlə tamamladığına görə, AZAL-ın yığılmış zərəri 1 milyard 365 milyon manat enib. Kapitalı isə mənfidən çıxaraq 2 milyard 129 milyen manata yüksəlib.
2024-cü ildə kapitalda baş verən dəyişikliklər özünü öhdəliklərdə də göstərib. AZAL-ın öhdəlikləri 2023-cü ilin sonundakı 3,1 milyart manatdan cəmi 802 milyon manata düşüb. Bununda təqribən yarısı – 387 milyon manatı, şirkətin maliyyə vəziyyətinə gərginlik yaratmayan uzunmüddətli öhdəliklərdir.





![AZAL-ın gəlirləri ilk dəfə 2 milard manatı keçdi - [red]MƏNFƏƏTİ 2 DƏFƏ ARTDI - HESABAT[/red] | FED.az](upload/news/small/88012.jpg)
![AZAL-ın gəlirləri ilk dəfə 2 milard manatı keçdi - [red]MƏNFƏƏTİ 2 DƏFƏ ARTDI - HESABAT[/red] | FED.az](upload/news/small/1061283.png)
![AZAL-ın gəlirləri ilk dəfə 2 milard manatı keçdi - [red]MƏNFƏƏTİ 2 DƏFƏ ARTDI - HESABAT[/red] | FED.az](upload/news/small/4446115.png)







