Azərbaycanda bankların iş rejimi çox vaxt 09:00-18:00 arasında dəyişir. Bəzi banklarda iş saatı 17:00-da, bəzi banklarda 17:30-da, bəzilərində isə 19:00-da bitir. Bankların iş saatı 17:00-dan sonra fəaliyyət göstərsə də, bankın kassaları bağlanır və bu vaxtdan sonra yalnız məhdud imkanlarla fəaliyyətini davam etdirir. Bəzi banklar isə 18:00-dan sonra da fəaliyyət göstərir.
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycanda 18:00-dan sonra da fəaliyyətini davam etdirən bankları araşdırıb.
Beləliklə,
«Rabitəbank»ın baş ofisi (Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 71) həftəiçi beş gün 09:00-dan 21:00-a qədər fəaliyyət göstərir.
«Azərbaycan Sənaye Bankı»n Park Bulvar Filialı həftənin bütün günləri (Bakı şəhəri, Neftçilər prospekti, (Park Bulvar) 10:00-dan 21:30-a qədər fəaliyyət göstərir.
«Bank Respublika»nın «Ofis 24» şöbəsi həftənin 7 günü 24 saat fasiləsiz xidmət göstərir. Şöbə Neftçilər pr, 67 (Funikulyor dayanacağının yanı) ünvanında yerləşir, əlaqə nömrəsi (012) 492 28 45-dir.
«Premium Bank»ın “Hava Limanı” filialı (Terminal 1 və Terminal 2) 7 günü 24 saat fasiləsiz xidmət göstərir.
«Yelo Bank»ın üç filialı həftəiçi 18:000-dan sonra da fəaliyyət göstərir. Sahil filalı (Bakı şəhəri, Bülbül pr, 5) həftəiçi 09:00-21:00, İnşaatçılar filialı (Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 162) həftəiçi 09:00-20:00 və Əhmədli filialı (Bakı şəhəri, Sarayevo küçəsi, 33b) həftəiçi 09:00-20:00 arasında fəaliyyət göstərir.
«Kapital Bank»ın 18:00-dan sonra fəaliyyət göstərən filialları:
“28 Mall Birbank Rəqəmsal Mərkəz” (Bakı şəhəri, Azadlıq prospekti 15a/4 (28 Mall ticarət mərkəzinin daxilində) – hər gün 10:00-22:00
“Gənclik Mall Birbank Rəqəmsal Mərkəz” (Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi 14 (Gənclik Mall ticarət mərkəzinin daxilində) – hər gün 10:00-22:00
“Dəniz Mall Birbank Rəqəmsal Mərkəz” (Bakı şəhəri, Neftçilər prospekti 26a (Dəniz Mall ticarət mərkəzinin daxilində) - hər gün 10:00-22:00
“Crescent Mall Birbank Rəqəmsal Mərkəz” (Bakı şəhəri, Nəsimi ray. Neftçilər pr. 68) - hər gün 10:00-22:00
“Gəncə Mall Birbank Rəqəmsal Mərkəz” (Heydər Əliyev pr. 433, Gəncə Mall -1ci mərtəbə) - hər gün 10:00-22:00
Bakı limanı şöbəsi (Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) – hər gün 00:00-12:00
Qazax şöbəsi (Qazax rayonu, Qırmızı Körpü Gömrük Nəzarət buraxılış məntəqəsi) – hər gün 00:00-23:59
Kəngərli şöbəsi (Kəngərli rayonunun Şahtaxtı Gömrük keçid Məntəqəsi) – hər gün 09:00-04:00
Culfa şöbəsi (Culfa Gömrük keçid Məntəqəsi) – hər gün 00:00-23:59
Sədərək şöbəsi (Sədərək Gömrük keçid Məntəqəsi) – hər gün 00:00-23:59















