Azərbaycanın milli aviaşirkəti olan «Azərbaycan Hava Yolları» (AZAL) Azərbaycan bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankında (ABB Bank) 50 milyon manat depozit yerləşdirib.
«AZAL» şirkəti Bakı Gəmiqayırma Zavoduna 5 milyon dollar – FAİZSİZ KREDİT AYIRIB
FED.az xəbər verir ki, bu barədə AZAL-ın illik hesabatında bildirilir.
Sənədə əsasən 5 fevral 2025-ci il tarixində AZAL şirkəti "Azərbaycan Beynəlxalq Bankı" ASC-də 6 ay müddətinə, illik 8% nominal faiz dərəcəsi ilə 50,000 min AZN məbləğində depozit yerləşdirib. Həmin depozitin müddəti başa çatanda, 1 avqust 2025-ci il tarixində AZAL-la "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında depozitin müddəti bitdiyi tarixdən etibarən onun növbəti 6 ay müddətinə uzadılmasına dair əlavə saziş imzalanıb.
Depozit üzrə illik nominal faiz dərəcəsi isə 7% müəyyən edilib.










