“Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Yelo Bank”ın biznes kreditləri 47 milyon manat artıb – PORTFELİ 1,15 MİLYARD MANATI KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 3 dekabr tarixində Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1.Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması.
2. “Yelo Bank” ASC-nin İdarə Heyəti üzvlərinin və sədrinin vəzifəyə yenidən təyin edilməsi.
3. “Yelo Bank” ASC-nin 2027-ci il büdcə layihəsinin təsdiq edilməsi.
4. “Yelo Bank” ASC-nin 2027-2029-cu illər üzrə nəzərdə tutulmuş Strateji Planının təsdiq edilməsi.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim etmək lazımdır.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında yerləşən Baş Ofisində tanış ola bilərlər.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında “Yelo Bank”ın xalis mənfəəti 17,3 milyon manata bərabər olub.
Bu ilin 30 sentyabr tarixinə bankın aktivləri 1 milyard 558,6 milyon manat təşkil edib. Bu, 2026-cı ilin əvvəlinə nisbətən 43,4 milyon manat və ya təqribən 3% artım deməkdir. Bankın müştərilərə verdiyi kreditlərin həcmi 61 milyon manat böyüyərək 1 milyard 150 milyon manata çatıb.
Hesabat dövrünün sonunda bankın depozit portfeli 1 milyard 91,3 milyon manat olub. Bu dövrdə fiziki şəxslərin bankdakı əmanətləri 15 milyon manat və ya 1,6% artaraq 945 milyon 747 min manata çatıb. Hüquqi şəxslərin bankdakı depozitləri isə 145 milyon manatdır.















