Nizami rayonunun Keşlə qəsəbəsində yanğın baş verən sexdə 30 min manatlıq hazır mebel kül olub.
Eləcə də bax: Kəmaləddin Heydərov bazarlarda yanğınların səbəbini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə AzTV-yə sexin sahibləri məlumat veriblər.
Onların sözlərinə görə, sexdəki mexanizmlər və mebel yığılmasında istifadə olunan digər məhsullar yanıblar.
AzTV-nin hadisə yerindən hazırladığı reportajda qeyd olunub ki, yanğının şiddətindən hətta dəmir sütunlar əyilib və tavan çöküb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun sözlərinə görə, yanğının söndürülməsinə 20 texnika və 90 nəfər şəxsi heyət cəlb edilib:
“Yanğın nəticəsində xəsarət alan olmayıb. Baş vermə səbəblərini isə söküntü işlərindən sonra xidmətin laboratoriya əməkdaşları müəyyən edəcəklər”.
(Qafqazinfo)