Ukrayna silahlı qüvvələri tərəfindən Rusiyanın qara dənizdəki əsas limanı olan «Qafqaz» limanına edilən hücum nəticəsində yanacaq daşıyan «Konro Treyder» bərəsi batıb, onun ekipajı və sərnişinləri itkin düşüb.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gəmidə yanacaq daşıyan böyük çənlər olduğuna görə, hadisə yerində böyük yanğın başlayıb.
Bildirilir ki, Ukrayna tərəfi limana «Neptun» raketləri ilə hücum edib. Bərədə 30 çən olub, onların hamısı partlayıb və yanır.
Yanğın nəticəsində Rusiya tərəfi Kerç körpüsünü bağlayaraq Sevastopolda dəniz sərnişin nəqliyyatının hərəkətini dayandırıblar.