ABŞ-da keçmiş prezident, 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərinə namizəd olan Donald Trampa qarşı sui qəsd edilib.
FED.az xəbər verir ki, Pensilvaniya ştatında Batler şəhərində keçirilən seçki mitinqində çıxışı zamanı ona atəş açılıb. Tramp qulağından yaralanıb, mitinqdə iştirak edən Tramp tərəfdarlarından biri öldürülüb, atəş açan şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Təhlükəsizlik əməkdaşları onu öz gövdələri ilə mühafizə ediblər. Atəş kəsiləndən sonra Tramp tərəfdarlarını bir daha salamlayıb və mühafizə altında tədbiri tərk edib.
Hadisədən sonra Tramp ərazidən uzaqlaşdırılıb. Həkim baxışından sonra onun həyatına təhlükə olmadığı aşkar edilib və o evə buraxılıb. Hadisədən sonra açıqlama verən Tramp bildirib ki, «ABŞ-da belə hadisənin olması inanılmazdır».
Atəş açan şəxs 20 yaşlı gənc Tomas Metyu Kruks olub, Oun atəş açma səbəbi məlum olmayıb. Hadisəni törədənin öldürüldüyü yerdə yarım avtomatik tüfəng tapılıb.
Artıq ABŞ-ın tanınmış şəxslərin bu hadisəni pisləyən bəyanatlarla çıxış ediblər. Hazırkı prezident Co Bayden baş verənləri pisləyib: «Mən şükür edirəm ki, o (yəni Trapm) təhlükəsizlikdədir və özünü yaxşı hiss edir. Ona onun ailəsinə və mitinqdə olanlara görə dua edirəm». Co Bayden Trampa zəng də vurub.
ABŞ-ın Federal Təhqiqatlar Bürosu bu hadisəni sui-qəsd kimi qiymətləndirib və araşdırmaya başlayıb. Qeyd edək ki, bu 1981-ci ildə prezident Ronald Reyqana edilən sui-qəsddən sonra ABŞ prezidentinin ilk öldürülmə cəhdidir.
Baş verənlər Trampın qrafikinə emək olar təsir etməyib – ayın 15-17-də o Respublikaçılar partiyasının Viskonsin ştatında, Miluoki şəhərində keçiriləcək qurultayında iştirak edəcək, burada Trampın ABŞ prezidentliyinə rəsmi namizədliyi irəli sürüləcək.