Şəkidə çörək sexinin sahibini cərəyan vuraraq öldürüb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Cəyirli kəndində baş verib.
1977-ci il təvəllüdlü kənd sakini Ramin Asim oğlu Talıbovu özünə məxsus çörək sexində elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.