Hadisə

Nüsretin restoranında faciə - 3 nəfər yandı

Nüsretin restoranında faciə - 3 nəfər yandı | FED.az
11:45 29 Sen 2018

Fenomen qəssab Nüsret Gökçenin İstanbuldakı restoranında göstərilən alov şousu faciəylə başa çatıb. FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, məkanın bar hissəsində iki işçi maraqlı səhnəcik yaratmağa çalışıb. Ancaq stolun üstündə yaradılan alovlar ətrafa sıçramağa başlayıb. 

Eləcədə bax: Bu restoranda qiymətə baxmırlar – QƏSSAB KÖMƏKÇİSİNİN UĞUR HEKAYƏSİ

Daha sonra Çex vətəndaşı olan turist Krisryna Tresnakovanın paltarı yanıb, ona əri  Viktor Hajicek müdaxilə edib.

Ağır yaralanan qadın xəstəxanaya aparılıb. Bundan əlavə, ingilis bankir Alexandros Severıs və digər  turist Mohammed Khamıs də yaralanıb. 

Hər üç turist polisə gedərək restoran sahibi Nüsret Gökçedən şikayətçi olub. 

 

 

 


Digər xəbərlər