Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş İmran Mehdiyev vəfat edib.
FED.az xəbər verir ki, iqtisad elmləri doktoru İ.Mehdiyev 87 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, İ.Mehdiyev 1976-1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979-1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.
Daha sonra bir sıra yüksək vəzifələri, həmçinin İsmayıllı rayon komitəsinin birinci katibi vəzifəsini tutan İ.Mehdiyev müstəqillik illərində (1991-1999) Sənaye və tikinti materialları nazirinin birinci müavini postunu icra edib.(Oxu.az)