Kreml AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatına münasibət bildirib.
Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - İLKİN HESABAT AÇIQLANDI - FOTOLAR
FED.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu hesabatın Rusiyanın müvafiq qurumları tərəfindən öyərinləcəyini söyləyib.
"Bu ilkin hesabatdır. Əlbəttə ki, müvafiq qurumlarımız bu hesabatı böyük diqqətlə və lazımi şəkildə öyərənəcəklər. Prezident administrasiyasının bunu şərh etməsi mümkün deyil. Bunu mümkün hesab etmirik", deyə Kreml rəsmisi vurğulayıb. (Apa)