Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonu, Qaralar kəndi yaxınlığında pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Son üç ildə pambıq sahələri üzrə sığorta ödənişlərinin həcmi açıqlanıb
FED.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.