İran tərəfi ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxması ilə bağlı bəyanatına cavab verib. FED.az-ın məlumatına görə, İran prezidenti bildirib ki, Tehran nüvə sazişindən çıxmır, bu müqavilə İran və 5 ölkə arasında bağlanmış saziş kimi qüvvəsində qalır: «Bu andan etibarən Birgə Hərtərəfli Fəaliyyət Planı (müqavilənin rəsmi adı belədir) İran və 5 ölkə arasındakı sazişdir»-deyə İran prezidenti bildirib.
Eləcə də bax: Tramp İranla nüvə sazişini ləğv elədi - NEFT QALXACAQ
Xatırladaq ki, bir qədər əvvəl Tramp ABŞ-ın bu müqavilədən çıxdığını bildirmişdi. Müqavilənin digər iştirakçıları olan Fransa, Almaniya və Böyük Britaniya ABŞ-ın bu qərarından təəssüfləndiyini bildirmişdi.
Avropa İttifaqının diplomatiyasının rəhbəri Federika Moqerini bildirmişdi ki, İranda nüvə sazişi diplomatiyanın ən böyük nailiyyətlərindən biri idi.