Hadisə

İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - HÖKUMƏTDƏN XƏBƏRDARLIQ

İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - HÖKUMƏTDƏN XƏBƏRDARLIQ | FED.az
20:41 17 Noy 2019

Son iki gün ərzində İranda aksiyaçıların polislə toqquşması nəticəsində 25-dək insan ölüb, 40 nəfər isə saxlanılıb.

FED.az biznes portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, saxlanılanların əksəriyyəti Yəzd şəhərindəndir.

İran hökuməti isə etirazçılara qarşı tədbirləri sərtləşdirib. Ölkədə gözlənilmədən benzinin satışı məhdudlaşdırılıb. Bundan başqa, hakimiyyət aksiyaçılara güc tətbiq edəcəyini bildirib. “Nümayişlər bu şəkildə davam edərsə, asayişi qorumaq üçün lazımi addımları atmaq məcburiyyətində qalacağıq”, - deyə hökumətin bəyanatında deyilir.

“Mehr” agentliyinin məlumatına görə, Tehran, Kirmanşah, Hürrəmabad, Ahvaz, Şiraz, Yəzd, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Bəhbəhan, Kaimşəhr, Kazrun, İslamşəhr və Şəhriyan şəhərlərində etirazlar kütləvi xarakter daşıyır. Məktəblərdə dərslər dayandırılıb.

İran parlamenti benzinin qiymətinin etirazlara səbəb olan 50%-lik artımını müzakirə etmək üçün sabah növbədənkənar iclas keçirəcək. Prezident Həsən Ruhaninin də parlamentə gedəcəyi deyilir.

Digər xəbərlər