General Qasım Süleymaninin ölümünə görə İran ABŞ-dan qisas alacaq.
FED.az xəbər verir ki, İranın Ali lideri ayətullah Seyid Əli Xamenei bəyan edib.
“Əllərində Süleymaninin və digər şəhidlərin qanı olanları sərt qisas gözləyir”, - deyə Xamenei vurğulayıb.
“İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Quds xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.
FED.az xəbər verir ki, bunu İranın Ali rəhbərin məsləhət orqanının keçmiş komandanı Möhsin Rezai “twitter” səhifəsində bildirib.
Pentaqon da öz növbəsində general Suleymaninin öldürüldüyü xəbərini təsdiq edib.
ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə endirilib.
Xatırladaq ki, ABŞ-ın Bağdad Hava limanına endirdiyi raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Quds Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymani öldürülüb.