Hadisə

Hirkan Milli Parkında yanğının söndürülməsinə daha bir helikopter cəlb edilib

Hirkan Milli Parkında yanğının söndürülməsinə daha bir helikopter cəlb edilib | FED.az
19:20 20 Avq 2019

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin daha bir helikopteri əraziyə cəlb olunub.

ELƏCƏ DƏ BAX : Qubada alma bağları və biçilmiş taxıl sahələri yanıb

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunmuşdu. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Digər xəbərlər