Uzun sürən xəstəlikdən sonra Namiq Nəsrullayev 78 yaşında dünyasını dəyişib.
FED.az xəbər verir ki, Namiq Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmiş və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışmışdır.
Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilmiş və 2007-ci ilə qədər bu vəzifəni icra etmişdir.